Ermənistan MN-in Azərbaycanın əsir götürdüyünü idda etdiyi hərbçi tapıldı

Ermənistan MN-in Azərbaycanın əsir götürdüyünü idda etdiyi hərbçi tapıldı

Ötən gün Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi erməni hərbçisi bu gün tapılıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

 

Bildirilib ki, axtarışlar nəticəsində tapılan hərbçinin heç bir həyati təhlükəsi yoxdur.

 

Qeyd edək ki, dünən Azərbaycan MN Ermənistan tərəfinin sözügedən iddiasını təkzib etmiş və yalan adlandırmışdı.

Mənbə

Share: