Ermənistan parlamentində əlbəyaxa- Video

Ermənistan parlamentində kütləvi dava baş verib.

Axar.az xəbər verir ki, dava İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanın parlamentin tribunasından hakimiyyətyönlü qüvvələri öz opponentlərini təhqir etməməyə çağırmasından sonra düşüb.

Bundan sonra Marukyanla hakim Mənim Addımım Blokundan olan Sasun Mikayelyan arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib. Dava bir neçə dəqiqə davam edib.

Nəticədə parlamentdə fasilə elan edilib.

https://youtu.be/bvf_g0z1Y9I

 

Share: