Ermənistanın cari gündəmindəki çox müxtəlif mövzularda baş nazir Nikol Paşinyanla başqa bir müntəzəm müzakirə aparmaqdan məmnunam.
Modern.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vahaqn Xaçaturyan tviter səhifəsində yazıb.
“Regionumuzda qalıcı sülh və sabitliyi təmin etmək siyasətinə, səylərinə və öhdəliklərinə tam dəstəyimi bir daha ifadə etdim”, – deyə o bildirib.
Bildirilib ki, görüşdə həmçinin iqtisadi məsələlər müzakirə edilib.
Glad to have yet another regular meeting with@NikolPashinyan on wide range of issues of the Armenia’s current agenda. Reaffirmed my full support to the policy, efforts and commitment of the Government of Armenia @armgov aimed at achieving lasting peace and stability in our… pic.twitter.com/n1JwxIK8Qy
— Vahagn Khachaturyan (@President_Arm) May 30, 2023