Ermənistan prezidenti Qətər əmiri ilə görüşdü

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş Xaçaturyanın Qətərə səfəri çərçivəsində baş tutub.

 

Bildirilib ki, görüş zamanı Qətərin İrəvanda səfirliyinin açılması perspektivləri müzakirə edilib. Xaçaturyan Cənubi Qafqaz regional reallıqlarının təfərrüatları və Qarabağ barədə də danışıb.

 

Şeyx qeyd edib ki, o, proseslərin davamlı sülhün əldə olunması istiqamətində gedəcəyinin fərqindədir və buna ümid edir.

Bu xəbər ilə bağlı

Ermənistan prezidenti Qətərə gedir


Xəbəri oxu

Mənbə

Share: