Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Azərbaycanla sərhədlərdə yerləşən hərbi hissələrə baş çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Davtyanın Azərbaycanın mövqelərini müşahidə etdiyi bildirilib.
Sərhədlərdəki əməliyyat vəziyyəti, şəxsi heyətin fiziki, döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi, döyüş tapşırığını yerinə yetirmə şəraiti, ön xətdə mühəndislik və istehkam işləri ilə tanış olub.