
Yanvarın 18-də Ermənistanın baş nazirinin xanımı Anna Akopyan Ermənistanın İrandakı səfiri Arsen Avaqyanın müşayiəti ilə İran prezidentinin xanımı Cəmilə Sədat Alamolhoda və İranın qadın məsələləri üzrə vitse-prezidenti Ensiya Xəzəri ilə görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın İrandakı səfirliyi bu barədə yeni məlumat açıqlayıb.
Bildirilib ki, Tehranda Anna Akopyan İranın birinci xanımının təşəbbüsü ilə təşkil olunan qadın konqresində iştirak edib.
“Yanvarın 19-da Anna Akopyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti İran prezidenti Seyid İbrahim Rəisinin konqresə həsr etdiyi ziyafətdə iştirak edib. Qəbul zamanı Anna Akopyan çıxış edərək İran prezidentinə və birinci xanımına təşəkkür edib”, – deyə məlumatda qeyd olunub.