Ermənistan sülh istəyirsə nə etməlidir?

“Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Konfransa ev sahibliyi edən Almaniya kanslerinin təşəbbüsü ilə Ermənistanın baş naziri ilə görüşüb. Görüş zamanı müzakirələr ikitərəfli əsasda Almaniya kanslerinin iştirakı olmadan aparılıb. Müharibədən sonra formalaşmış yeni şəraitdə iki ölkə arasında münasibətlərin tənzimlənməsi məhz ikitərəfli formatda daha səmərəli görünür”

 

 

Bu sözləri Moderator.az– a açıqlamasında millət vəkili Cavanşir Feyziyev bildirib. O qeyd edib ki, keçən ilin sonuna yaxın Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş nazirinin ofisi arasında aparılmış ikitətərəfli müzakirələrin uğurla nəticələnməsi yaxşı bir presedent yaradıb:

 

 

“Bu baxımdan ölkə başçıları arasında Münhendə baş tutmuş dialoq da gələcəkdə çox mühüm məsələlərin məhz ikitərəfli əsasda müzakirə olunması üçün uğurlu addım hesab oluna bilər. Mənə elə gəlir ki, əgər Ermənistan doğrudan da sülhə nail olmaq istəyirsə  gələcəkdə də müzakirələrin ikitərəfli formatda aparılmasından imtina etməməlidir. Bu sülh prosesini sürətləndirməyə və qısa müddətdə hər iki tərəfi qane edən daha səmərəli razılaşmaların əldə olunmasına imkan yarada bilər”.

Mənbə

Share: