
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
Dünyanın təhlükəsiz ölkələri siyahısında Azərbaycan 2023-cü ildəki 33-cü yerdən 32-yə yüksəlib. Bakı isə təhlükəsizliyinə görə 67-ci yeri tutub.
“Yeri gəlmişkən, Ermənistan və İrəvan həm regionda, həm də MDB ölkələri və şəhərləri arasında reytinq cədvəlində liderdirlər”- erməni nəşri belə yazır.
P.S. “NUMBEO” portalının nə dərəcədə obyektiv olduğunu deyə bilmərik. Amma təqdim etdikləri rəqəmlər göz qabağındadır…
S.Laçın