Xəbər verdiyimiz kimi, Azərbaycan müdafiə naziri Zakir Həsənov İstanbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
Modern.az xəbər verir ki, görüş zamanı Akar iki ölkə arasındakı dostluq və qardaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini vurğulayıb.
Türkiyəli nazir Ermənistanın təxribatlarından əl çəkməsinin, Azərbaycanla barışıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa diqqət yetirməsinin, uzadılmış sülh əlini tutmasının vacibliyini bildirib.
O qeyd edib ki, Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir birlikdə olacaq.
Akif İsmayılov