Ermənistan və Hindistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər

Ermənistan və Hindistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorka işgüzar səfəri çərçivəsində hindistanlı həmkarı Subramanyam Caişankar ilə görüşüb, ona Laçın yolundakı vəziyyətdən danışıb.

Modern.az xəbər evrir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
 

Ararat Mirzoyan Hindistanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində keçirilən “İslah edilmiş çoxtərəfliliyin yeni istiqaməti” adlı nazirlərin görüşündə iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

Həmsöhbətlər Ermənistan və Hindistan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı məsələləri də müzakirə edib və Ermənistan-Hindistan münasibətlərinin inkişaf dinamikasından məmnunluq ifadə ediblər. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər beynəlxalq platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Mənbə

Share: