Ermənistan yenə KTMT-dən narazılıq etdi

Ermənistan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını bəyan etməyib, lakin İrəvan təşkilatın respublikaya münasibətindən narahatdır.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının birgə iclası və KTMT PA-nın on beşinci plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, KTMT-nin bəzi passivliyi, eləcə də bəzi müttəfiqlərin rəsmi bəyanatları Ermənistanda ictimai əhval-ruhiyyənin təşkilata qarşı ciddi dəyişikliklərə məruz qalmasına səbəb olub.

“Biz heç vaxt KTMT-dən çıxmaqla bağlı bəyanatlar verməmişik, KTMT-nin regionu tərk etdiyini demişik, bundan çox narahatıq. Belə görünür ki, Ermənistan ərazisi KTMT üçün eyni strateji əhəmiyyətə malik deyil”, – Ermənistanın spikeri bildirib.

Dekabrın 5-də KTMT Parlament Assambleyası şurasının iclası və KTMT PA-nın XV plenar iclası keçirilir.

Xatırladaq ki, KTMT PA-nın əvvəlki iclası bu ilin iyununda İrəvanda keçirilib. KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

 

Mənbə

Share: