
Ermənistanın Razdan şəhərində 12 uşaq naməlum qazdan zəhərlənib.
Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
11 saylı məktəbdə şagirdlərdən biri naməlum qazdan istifadə edib, bundan sonra 9-14 yaşlı 12 uşağın vəziyyəti kəskin pisləşib. Onlar Razdan tibb məntəqəsinə aparılıblar.
Zərərçəkənlərdən 4-ü artıq evə buraxılıb, qalanların vəziyyəti qənaətbəxş qiymətləndirilir.