Ermənistanda ağır yol qəzasında 11 nəfər ölüb, 6 nəfər yaralanıb

Ermənistanda ağır yol qəzasında 11 nəfər ölüb, 6 nəfər yaralanıb

Ermənistanda ağır yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

Moderator.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasedici Xidməti məlumat yayıb.

 

Bildirilib ki, hadisə avqustun 13-dən 14-nə keçən gecə İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) baş verib.

 

Olay yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət 1 briqada və rayon xilasetmə idarəsinin əməliyyat qrupu gəlib.

 

Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.

Mənbə

Share: