Ermənistanda COVID-19-a yoluxanların sayı 168 300 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 123 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 168 300 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3126 nəfərə çatıb.

Ermənistanda 160 169 nəfər xəstəlikdən sağalıb.

Share: