Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 47.552-yə yüksəlib.
Milletinsesi.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi yayıb.
Müqayisə üçün qeyd edək ki, 20 sentyabr tarixinədək 47.154 yoluxma olub.
Son gündə isə 121 yeni infeksiya hadisəsi aşkar edilib.
Ermənistanda koronavirusun ağırlaşmalarından 936 nəfər ölüb (son gündə 6 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 287-dir (son gündə ölən yoxdur).
İnfeksiyadan qurtulanların sayı 42 637 nəfərdir. 3692 nəfər müalicə olunur. Edilən testlərin ümumi sayı 265241-dir.