Ermənistanda hərbi hissə komandirinin müavini həbs edilib

Ermənistanda hərbi hissə komandirinin müavini həbs edilib

Ermənistanda hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini Azat kəndində baş vermiş yanğının istintaqı çərçivəsində iki ay müddətinə həbs edilib.

Modern.az xəbər verir ki, bu haqda Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
 

Bildirilir ki, polkovnik-leytenant Qor Agekyan xidməti vəzifələrinin icrasına vicdansız və səhlənkar münasibətdə ittiham edilərək saxlanılıb.
 

Geqarkunik ümumi yurisdiksiya məhkəməsi onun barəsində iki ay müddətinə həbs qərarı verib.

Yanvarın 19-na keçən gecə saat 01:30 radələrində Qeqarkunik rayonunun Azat kəndində ki hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3-ü xəsarət alıb.

Faciədən sonra 5 yüksək rütbəli hərbçi – 2-ci Ordu Korpusunun demək olar ki, bütün komandanlığı tutduqları vəzifələrdən azad edilib.

Yanğınla bağlı 2 cinayət işi başlanıb.

Mənbə

Share: