Ermənistan parlamenti ikinci və son oxunuşda məcburi hərbi xidmət müddətini 24 aydan 18 aya endirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Millətin Səsi.az xəbər verir ki, 65 millət vəkili qanun layihəsinin lehinə, 4-ü əleyhinə səs verib, 20 nəfər isə bitərəf qalıb.
Xidmət müddətinin qısaldılması təklifi ilk dəfə sentyabr ayında Ermənistan Müdafiə Nazirliyi tərəfindən irəli sürülmüşdü.


