Ermənistanda Mirzoyanın səfərindən narahat olanlar var

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə səfəri fonunda BMT-nin İrəvan ofisi yaxınlığında aksiya keçirilməsi barədə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” yazıb.

 

Məlumata görə, aksiyanı Ermənistanın kürd icmasının nümayəndələri təşkil edib.

 

Belə ki, onların PKK terror təşkilatının qurucusu Abdulla Öcalanın həbsinin 24-cü ildönümü ilə əlaqədar etiraz aksiyası keçirdiyi bildirilir.

 

Qeyd edək ki, bu gün Ararat Mirzoyan Türkiyəyə səfərə yollanıb. O, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşür. Nazir daha sonra zəlzələ bölgəsinə də baş çəkəcək.

Mənbə

Share: