Ermənistanda Penitensiar Xidmətə rəis təyin edilib

Ermənistanda Penitensiar Xidmətə rəis təyin edilib

Baş nazir Nikol Paşinyan ədliyyə naziri Qriqor Minasyanın təqdimatı ilə Sergey Atomyanı Ermənistan Penitensiar Xidmətinə rəisi təyin edib.

Modern.az xəbər verir ki, məlumatı Ermənistanın Ədliyyə Nazirliyi yayıb.

Sergey Atomyan ixtisasca hüquqşünasdır və 2019-2021-ci ildə parlamentin deputatı olub.

Daha sonra Penitensiar xidmətdə çalışıb.

2022-ci ildə baş nazirin qərarı ilə ona ədliyyə general-mayoru rütbəsi verilib.

Mənbə

Share: