Ermənistanda polisi baltalamaq istəyən şəxs güllələndi

Ermənistanda silahlı insident baş verib.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə Razdanda baş verib.

 

Belə ki, yerli sakinlərdən biri mal-qarasının oğurlanmağa cəhd edildiyi barədə məlumat verib. Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları oğrunun hələ də tövlədə olduğunu görüb ondan təslim olmasını tələb ediblər. O, maska ​​taxaraq, əlində balta ilə polisləri öldürməklə hədələyərək tövlədən çıxıb. Daha sonra həmin şəxs onlara hücum etmək istəyib, polislərdən biri oğrunu güllələyib.

 

Yaralı halda xəstəxanaya çatdırılan oğru bir neçə saat sonra orada ölüb. Bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə

Share: