
Ermənistanda qadınların hərbi xidmətdə olması barədə yeni qanun layihəsi hazırlanır.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan danışıb.
“Qadınlar üçün orduda xidməti könüllülük prinsipi ilə olacaq. Bununla bağlı qanun layihəsi hələ işlənmə mərhələsindədir. Hazırda layihənin üzərində işlənilir. Bir neçə hüquqi prosedurdan sonra bu layihə ictimai müzakirələrə açıq olacaq”, – deyə nazir müavini açıqlayıb.
O bildirib ki, qadınlar müdafiə və təhlükəsizlik sahələrində aktivdir.
Sarkisyanın sözlərinə görə, bir müddət əvvəl nazirliyin qadınlar üçün təşkil etdiyi atıcılıq kurslarının nəticələri hərbi rəhbərliyi təəccübləndirib.