Ermənistanda rusiyapərəst müxalifət parçalanır?- “Köçəryan Sərkisyana yol versin”…

“Vaşinqtondakı sülh danışıqları vaxtı nikbin xəbərdir: sağ əlləri Azərbaycandakı rusiyapərəst siyasi dairələrin başına!..”

 

“Parlamentdəki müxalifət fraksiyaları olan “Hayastan” və “Şərəf duyuram” blokları arasında əvvəlki münasibətlər artıq mövcud deyil. Əgər seçkilərdən sonra iki müxalifət düşərgəsi bir-biri ilə hər hansı məsələni müzakirə edirdisə, iqtidara qarşı birgə cəbhə ilə mübarizə aparmağa çalışırdısa, bu gün görünən odur ki, onlar bir-birindən o qədər ayrılıblar ki, artıq bu, mümkün deyil”. 

 

Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazır.

 

“Məsələn, ötən həftə hökumətin proqramının hazırkı hesabatının müzakirəsində hər iki fraksiya iştirak etsə də, “hayastan”lılardan fərqli olaraq, “şərəf”lilər  Paşinyan hökumətinə sual verməkdən boyun qaçırıblar. Dünən keçirilən iclasda isə yalnız “hayastan”lılar iştirak edib. Beləliklə, sual-cavab formatında birgə boykota son qoyulur. Bu barədə  parlamentdəki mənbələrimiz məlumat verir”- deyə erməni nəşri əlavə edir. 

 

Yazıda belə nəticəyə gəlinir ki, iki rusiyapərəst müxalif fraksiya arasında yaşanan ziddiyyətlərə səbəb həmin siyasi blokların liderləri olan, 1988-ci ildən bəri Kremlin göstərişi ilə Qarabağdakı münaqişənin fitilini yandırməş ən fəal “KQB”-“FSB” agentləri- terrorçu eks-prezidentlər Robert Köçəryan( “Hayastan”) və Serj Sərkisyan(“Şərəf duyuram”)  arasında münasibətlərin pozulmasıdır.

 

“Müxalif fraksiyalar arasındakı bu qarşıdurmaya liderlər Robert Köçəryan və Serj Sərkisyanın münasibətləri kontekstində baxılmalıdır. Son günlər Serj Sarkisyanın tərəfdarlarının ictimai açıqlamalarında Robert Köçəryanın vaxtının tükəndiyi, hakimiyyət dəyişikliyi uğrunda mübarizədə uğursuzluğa düçar olduğu, onun daha Serj Sarkisyana yol verməli olduğu fikri qırmızı xətt kimi keçir”- deyə Ermənistan qəzeti vurğulayır.

 

P.S. Vaşinqtondakı sülh danışıqları vaxtı nikbin xəbərdir: sağ əlləri Azərbaycandakı rusiyapərəst siyasi dairələrin başına!..

 

Sultan Laçın

 

 

 

Mənbə

Share: