
Ermənistanda son 9 ayda uşaq ölümləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin “Sağlam Körpə – Sağlam Gələcək” Platforması məlumat yayıb.
Bildirilib ki, bu ilin ilk üç rübündə 106 körpə doğuş və ondan sonrakı ilk bir həftə müddətində ölüb.
Ümumilikdə doğuş prosesindəki həkim səhlənkarlığına görə, 9 fakt üzrə 16 tibb işçisinə cinayət işi açılıb.