Yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində, Göyçə gölünün yaxınlığında zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, 5.5 bal gücündə olan zəlzələnin dərinliyi 2 kilometrdir.
Qeyd edilib ki, zəlzələ Azərbaycanın sərhəd bölgəsində – Qazax, Tovuz, Gədəbəy, Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.
***
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanların gücü episentrdə 7 bal olub.
***
Ermənistanda baş verən zəlzələ nəticəsində Geqarqunik vilayətində bir neçə tikili dağılıb, yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə Geqarqunik vilayətinin qubernatoru Qnel Sanosyan deyib.
***
Ermənistanda yenidən yeraltı təkanlar qeydə alınıb.
Məlumata görə, 5 bala çatan zəlzələ Tavuş və Geqarqunik vilayətlərində hiss edilib.