Ermənistanın penitensiar müəssisələrində 135 əcnəbi məhkum var.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a penitensiar xidmətdən bildirilib.
Qeyd edilib ki, əcnəbi məhkumlar aşağıdakı ölkələri təmsil edir:
Rusiya, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Suriya, İsrail, İran, Livan, Moldova, Türkiyə, ABŞ, Fransa, Almaniya, Yunanıstan, Hindistan, Peru, Kuba, Braziliya, Qambiya, Qvatemala, Şimali Makedoniya və Dominik respublikası. Məhkum olunan əcnəbilər arasında ikili vətəndaşlığı olanlar da var – Gürcüstan və Rusiya Federasiyası, Türkiyə və Gürcüstan, Bolqarıstan və Rusiya Federasiyası, Livan və Venesuela vətəndaşllğı daşıyanlar.
Qeyd edilib ki, hazırda Ermənistan ərazisində fəaliyyət göstərən 10 penitensiar müəssisədə (cəzaçəkmə müəssisələrində) ümumilikdə 2300 nəfər saxlanılır.
Ədliyyə Nazirliyi xatırladıb ki, 2022-ci il yanvarın 1-dən iki həbsxana bağlanıb – Koş kəndində və Razdan şəhərində.