Ermənistandan Qarabağa gizli yollar var?

Ermənistandan Qarabağa gizli yollar var?

“Qarabağdan Ermənistana iki gizli yolun varlığı barədə xəbərlər yayılıb. Erməni separatçılarının bu yolla Ermənistandan Xankəndiyə silah və sursat daşığıdı barədə fikirlər var.

Modern.az-ın məlumatına görə, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
 

O, Azərbaycan Müdafiə Nazirliyinə çağırış edib:

“Belə yollar varsa, bunu təsdiq və ya təkzib edəcək qurum Azərbaycan Müdafiə Nazirliyidir”.

“Aydındır ki, həmin yol və ya yollar varsa asfaltlanmayıb, istifadə etmək asan deyil. Buna baxmayaraq, Ermənistandan Qarabağa piyada yoluyla da silah daşımaq mümkündürsə, bunun da qarşısı alınmalıdır”, – E.Şahinoğlu əlavə edib.

Ekspertin fikrincə, Azərbaycanın kəşfiyyat imkanları genişdir, erməni separatçılarının yerdəyişmələrini kosmik incələmək imkanlarımız da var.

“Demək, əgər Qarabağla Ermənistanı birləşdirən başqa çığır-yollar da varsa, onlar ya nəzarətə götürülməlidir, ya da raket zərbəsiylə dağıdılmalıdır. Bütün yollar Azərbaycan sərhədçilərinin nəzarətində olmalıdır”.

Xatırladaq ki, Azərbaycanın ekofəalları və QHT nümayəndələri ötən il dekabrın 12-dən Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsinə etiraz aksiyasına başlayıb. O vaxtdan bəri ermənilərin Laçın yolu ilə Xankəndiyə silah-sursat daşıması dayanıb. Amma separatçıların Ermənistana gizli torpaq yollarla hərəkət etdiyinə dair iddialar var.

Mənbə

Share: