Ermənistanın baş naziri: Azərbaycan üzərindən buğda tədarükü ilə bağlı təfərrüatları bilmirəm

Ermənistanın baş naziri: Azərbaycan üzərindən buğda tədarükü ilə bağlı təfərrüatları bilmirəm

Mən cavab verə bilmərəm ki, hansı şirkət Azərbaycan ərazisindən buğda tədarük edib. Bunu cümə axşamı keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan üzərindən Rusiya və Qazaxıstandan Ermənistana hansı şirkətin buğda idxal etməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Paşinyan əmin edib ki, təfərrüatları bilmir və mallarıa nə qədər ödənildiyini deyə bilməyəcəyini deyib. “Bu suallara bizim mətbuat xidmətimizdən aydınlıq gətirmək olar”, – Ermənistanın baş naziri əlavə edib.

Bir sıra KİV-lərin məlumatına görə, yuxarıda adı çəkilən buğda idxalı erməni hökumətyönlü iş adamı Samvel Aleksanyana məxsus şirkət tərəfindən həyata keçirilir.

Share: