Ermənistanın Baş Qərargah rəisi ABŞ-a gedib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Asryan ABŞ Dövlət Qvardiyasının Milli Əməkdaşlıq Proqramının 30-cu ildönümünə həsr olunan konfrans çərçivəsində Vaşinqtonda işgüzar səfərdədir.

 

Məlumatı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

 

Bildirilib ki, o, ABŞ qvardiyası milli bürosunun rəisi general Deniel Hokanson, ABŞ-nin Avropa komandanlığının strategiya, planlaşdırma və siyasət üzrə direktoru general-mayor Daniel Lasika və ABŞ Milli Qvardiyasının Kanzas ştatının komandanı generalının adyutantı, briqada generalı Maykl Venerdi ilə görüşüb.

 

Bildirilib ki, tədbirdən sonra ABŞ ilə əməkdaşlığa dair bir sıra ikitərəfli məsələlər müzakirə olunub.

 

Səfər iyulun 18-də başa çatacaq.

 

Mənbə

Share: