Ermənistanın müdafiə naziri bahalı mənzilindən danışdı

Ermənistanın müdafiə naziri bahalı mənzilindən danışdı

Ermənistanın müdafiə naziri Suren Papikyan müzakirələrə səbəb olan bahalı mənzilindən danışıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, jurnalistlərin onu satmağa hazır olması ilə bağlı sualına Papikyan müsbət, lakin yarızarafatla cavab verib: “Satacağam”.

 

O qeyd edib ki, qarşıdakı gəlir bəyannaməsində cəmiyyətin özünün nəticə çıxara biləcəyi formada bütün gəlir və xərclərini göstərmək niyyətindədir. Papikyan onu da əlavə edib ki, o, mənzili 2021-ci ildə öncədən sifariş edib və bu, ona daha ucuz qiymətə ev almağa imkan verib.

 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı nazirin İrəvanın mərkəzində 168 min dollara mənzil aldığını, reallıqda isə 412 min dollara başa gəldiyini yazmışdı. Məsələyə dünənki mətbuat konfransında ölkənin baş naziri Nikol Paşinyan da münasibət bildirmişdi.

Mənbə

Share: