“Ermənistanın Qarabağla artıq heç bir əlaqəsi yoxdur”

“Ermənistanın artıq Qarabağla heç bir əlaqəsi yoxdur”.

 

Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, iqtidaryönlü “Vətəndaş sazişi” fraksiyasının deputatı Eduard Ağacanyan “Factor-TV”yə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, 44 günlük müharibə ilə əlaqədar Ermənistanın artıq “Qarabağ xalqının hüquq və azadlıqlarını, o cümlədən təhlükəsizliyini” təmin etmək imkanı və resursları qalmayıb.

 

“Obyektiv reallıqlar, təəssüf ki, dəyişib”, – deyə o bildirib.

Mənbə

Share: