Ermənistanın səhiyyə naziri Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindiriləcək

Ermənistanın səhiyyə naziri Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindiriləcək

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindiriləcək.

Bunu ölkənin “Joqovurd” nəşri yazıb.

Nazir “COVID-19 işi” üzrə aparılan istintaq çərçivəsində sorğu-sual ediləcək: “Sabiq səhiyyə naziri Arsen Torosyanın dindirilməsindən sonra istintaq dalana dirənib. Ola bilsin ki, bütün həkimlər məsuliyyətə cəlb olunsun, “böyük balıqlar” isə məsuliyyətdən yayınsınlar”.

Xatırladaq ki, sensasiyalı “COVID-19 işi” ilə əlaqədar İrəvanın vitse-meri, Ermənistan səhiyyə nazirinin keçmiş müavini Gevorq Simonyan, “Medline” klinikasının rəhbəri Babken Şaumyan və bu klinikanın direktor müavini Liliya Hovakimyan 2 ay müddətinə həbs edilib.

G.Simonyan 2020-2022-ci illərdə koronovirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı rəsmi öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur. O, daha sonra azadlığa buraxılıb.

Mənbə

Share: