Ermənistanın yaydığı məlumat yalandır – RƏSMİ

Ermənistanın yaydığı məlumat yalandır – RƏSMİ

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumatı yalanlayıb.

 

Bu barədə Modern.az-a nazirlikdən bildirilib.

 

“Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada bildirilib.

Mənbə

Share: