“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək”

“Cənubi Qafqazda normallaşma prosesi davam edir”.

 

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

 

O, Ermənistanın Türkiyə və Azərbaycanla normallaşma prosesinin regionun sülh və rifahına töhfə verəcəyini vurğulayıb.

 

“Bu gün normallaşma prosesi, Azərbaycan danışıqları barədə məlumat aldıq. Bu üç ölkə səmimi addımlar atarsa, Cənubi Qafqazda davamlı sülh qurula bilər. Normallaşma üçün atılacaq addımlardan biri də tarixi İpək Yolu körpüsünün yenidən qurulmasıdır”, – deyə Türkiyə XİN rəhbəri əlavə edib.

 

Çavuşoğlu bu yöndə işlərin davam etdiyini bildirib:

 

“Hər iki tərəfin təhlili var. Atılacaq addımları sürətləndirmək üçün razılığa gəldik”.

 

Mənbə

Share: