“Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə ediləcəyinə inanırıq”

“Biz Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə edilə biləcəyinə inanırıq”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

O bildirib ki, Bakı və İrəvan çətin kompromislərə getməlidir: “Biz sülh sazişi haqqında danışmağa davam edirik”.

M.Millerin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar aparır.

Mənbə

Share: