Ermənistanla Yunanıstan hərbi əməkdaşlıq edəcək

Ermənistanla Yunanıstan hərbi əməkdaşlıq edəcək

Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq haqqında yeni saziş imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistanın Afinadakı səfirliyinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, sənəd mütəxəssislərin birgə hazırlanmasını, xüsusi təyinatlıların tədrisini və təcrübə mübadiləsini ehtiva edir.

 

Həmçinin hər iki tərəfi maraqlandıran məsələlər üzrə görüşlərin və danışıqların aparılması nəzərdə tutulub.

Mənbə

Share: