“Fənərbaxça”nın istefa verəcəyi deyilən baş məşqçisi Erol Bulut komandadan ayrılmaq niyyətində deyil.
Qol.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. 45 yaşlı mütəxəssisin klub rəhbərliyi ilə görüşündə sözügedən məsələ haqda danışdığı bildirilib. Bulut deyib:
“Bu komanda “Beşiktaş”ı məğlub edə bilər və yenidən çempionluq əhval-ruhiyyəsinə girər. İstefa verməyi qətiyyən düşünmürəm. “Fənərbaxça” pis futbol oynamır. Statistika da bunu göstərir. Sadəcə, qol vura bilməmək problemimizi həll etməliyik”.
Xəbərdə o da qeyd olunub ki, klub prezidenti Ali Koç məsələ ilə əlaqədar bu gün Bulutla görüşəcək.
Qeyd edək ki, mediada martın 21-də keçiriləcək “Beşiktaş”la matçdan ya əvvəl, ya da sonra Erol Bulutun istefasını açıqlayacağı haqda məlumatlar yayılmışdı.