Beş ay əvvəl itkin düşən balıqçının meyiti tapıldı

Beş ay əvvəl itkin düşən balıqçının meyiti tapıldı

Samux rayonunda 5 ay əvvəl itkin düşən balıqçının meyiti tapılıb.

Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, Samux rayonunun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevin meyiti Kür çayının rayon ərazisindən keçən hissəsində aşkar edilib.

Xatırladaq ki, bu ilin fevral ayında Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev və Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov Kür çayında balıq tutarkən itkin düşmüşdülər. M.İsmayılovun meyiti sonradan tapılsa da, İ.Şubliyev barədə heç bir məlumat yox idi.

Share: