Bu haqda Rusiyanın baş heriatrı Olqa Tkaçyova məlumat verib.
Saglamolun.az Москва 24-ə istinadla bildirir ki, həkimin sözlərinə görə, evə paltarın üzərində koronavirusu gətirmək mümkündür.
Araşdırmalar göstərib ki, koronavirus müxtəlif səthlərdə uzun müddət ərzində qala bilir, bəzi səthlərdə hətta 3 günə qədər yaşayır.
Mütəxəssis bildirib ki, çöldən evə qayıtdıqdan sonra dərhal paltarı dəyişmək, üst geyimləri digər paltarlardan ayrı asmaq lazımdır. Ən yaxşı variant onları balkonda açıq havada saxlamaqdır. 2 gündən sonra virus məhv olacaq.
İctimai nəqliyyatdan istifadə etdikdən, supermarket, poliklinika və s. bu kimi yerlərdən qayıtdıqdan sonra bu xüsusilə vacibdir. Koronavirus asqırma, öskürmə, adi nəfəsalma zamanı yayılır. Bir çox hallarda xəstəliyin heç bir simptomu olmayan insan özü də bunu bilmədən koronavirusun daşıyıcısı ola bilər.
Koronavirus epidemiyası zamanı paltarları isti (60 C) suda yumaq lazımdır.