Evdə heyvan saxlayanların nəzərinə! Təhlükə!

Evdə it və pişik saxlamaq artıq dəbə minib. Lakin heyvan sahibləri bir çox hallarda bilmir ki, heyvanlardan onlara çox təhlükəli infeksiyalar keçə bilər.

Böyük Britaniyada belə bir hadisə baş verib. 70 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qadında nevroloji simptomlar, ani böyrək çatışmazlığı, sepsis aşkar olunub.

Qan analizləri göstərib ki, bunun səbəbi Capnocytophagacanimorsus bakteriyasıdır. Bu bakteriya it və pişiklərin ağız boşluğunda yaşayır. Adətən insanlar bu bakteriyaya dişləmə və ya sıyrıntıdan sonra yoluxur. Məlum olub ki, xəstə həqiqətən it saxlayır və it tez-tez onun üzünü yalayır.

Həkimlərin sözlərinə görə, belə hadisələr bundan əvvəl də olub.

LiveScience xəbər verir ki, qadın 1 ay ərzində xəstəxanada müalicə alıb və sonra evə yazılıb.

Həkimlər xəbərdarlıq edir ki, yaşlı insanlar və uşaqlar risk qrupuna aiddir. Bu qrup insanlarda immun sistemi zəif olduğu üçün heyvanlardan onlara düşən infeksiyalar ciddi fəsadlar törədə bilər.

Share: