Himalayda yaşayan azsaylı şerp xalqının nümayəndəsi, nepallı Kami Rita dünyanın ən hündür nöqtəsini – Comolunqma (Everest) zirvəsini 23-cü dəfə fəth edərək dünya rekorduna imza atıb.
Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, 49 yaşlı nepallı Everest zirvəsinə növbəti qalxmanı uğurla başa çatdıraraq özünün bir ildən az davam edən rekordunu yeniləyib.
Kami Rita 8848 metr hündürlükdə yerləşən Comolunqma zirvəsinə ilk dəfə 1994-cü ildə, axırıncı dəfə isə 2018-ci il mayın 16-da 22-ci dəfə qalxmışdı. O, zirvəyə daha iki dəfə qalxmaq və bundan sonra dayanmaq fikrindədir.