Samux Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan sakin Orxan Orucovun ev şəraitində müalicə almalı olmasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etdiyini müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Milletinsesi.az-a bildiriblər ki, polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyənləşdiriblər. Həmin şəxs müvafiq tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.
O.Orucov barəsində rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.