
Bu gün aparıcı Xoşqədəm Hidayətqızı ilə həyat yoldaşı, türkiyəli müğənni Doğuşun üvlilik ildönümləridir.
Milletinsesi.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. O, evliliklərinin 11-ci ilinin tamma olduğunu yazıb:
“Evliliyimizin 11-ci ili tamam oldu. Daha neçə belə illərə – 22, 55…, sevgilim”.
Xoşqədəm onun paylaşımına belə şərh bildirib:
“Rəbbim səni övladlarının və ailənin üstündən əskik etməsin. Sağlıqlı, hüzurlu, sevgi dolu neçə ildönümlərimiz olsun”.
Qeyd edək ki, cütlüyün Arda və Arın adlı əkizləri var.Axşam.az