Eyni kilsədə dua edən 23 nəfər koronavirusa yoluxdu

Cənubi Koreyada ötən gün ərzində daha 31 nəfər COVID-2019 koronavirusuna yoluxub.

Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, ümumi olaraq ölkədə xəstəliyə yoluxanların sayı 82 nəfərə çatıb.

Yeni yoluxan 30 nəfər Könsan-Pukto əyalətinin və Tequ şəhərinin sakinləridir. Biri isə Seulda yaşayır.

Onlardan 23-ü eyni kilsədə dua edirmişlər. İki nəfər xəstəxanada yoluxub. Qalanlarının necə yoluxduğu məlum deyil.

Share: