Eyvazov polkovnikin vəzifəsini kiçiltdi

Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyev yeni vəzifəyə təyin edilib.

APA-nın məlumatına görə, C.Hənifəyev Nərimanov Rayon Polis İdarəsinin Təşkilati-İnspektor qrupunun inspektoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, C.Hənifəyev bu ilin fevralında Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifədən azad edilərək sərəncama götürülüb.

 

Share: