Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.
Milletinsesi.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqat şöbəsinin rəisi olan polis polkovnik-leytenantı Rəhman Kərimov tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə, o, həmin idarənin İstintaq şöbəsinin rəisi təyin olunub.