Türkiyənin “Fənərbağça” klubu futbolçusu Mixa Zaytsı icarəyə verib.
“TRT Spor” xəbər verir ki, 26 yaşlı sloveniyalı yarımmüdafiəçi karyerasını İtaliya “Cenoa”sında davam etdirəcək.
Anlaşmaya əsasən, oyunçu klubda 30 matçda meydana çıxsa, İtaliya təmsilçisi onu heyətinə qatmalı olacaq və qarşı tərəfə bunun üçün 3.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2019-cu ildə “Fənərbağça”ya keçən Mixa Zaytsın klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.