“Fənərbaxça” “Başakşəhər”in futbolçusu İrfan Canı heyətinə cəlb edib.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçinin keçidi “sarı-lacivərdlilər”ə 7 milyon avroya başa gəlib.
Türkiyə mətbuatı İrfanla 4,5 illik müqavilə imzalandığını yazıb.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan İrfan Can 2017-ci ildən “Başakşəhər”də çıxış edirdi.