Fərqlənmə attestatı alan məzunlarının sayına görə birinci olan şəhər açıqlandı

 

Azərbaycanda ötən tədris ilində ən çox fərqlənmə attestatı alanlar Sumqayıt məzunları olublar.

Millərin Səsi.az Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalına istinadən bildirir ki, şəhərin məzunları bu sahədə respublika üzrə birincilik əldə ediblər.

Sumqayıtda keçən tədris ilində ümumilikdə 697 nəfər məzun fərqlənmə attestatı alıb. Onların 307-si IX, 390-ı isə XI sinif məzunu olub. İkinci yerdə Bakı şəhərinin Xətai (ümumilikdə 675), üçüncü yerdə Nəsimi rayonunun (ümumilikdə 635) məzunları qərarlaşıb.

Qeyd edək ki, fərqlənmə attestatları məzuna iki əsas meyara əsasən verilir. Bunun üçün məzunun bütün fənlər üzrə illik (yekun) qiymətləri “5” olmalı, buraxılış imtahanlarında hər bir fəndən minimum 75 bal toplamalıdır.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: