
“F-16-larla bağlı ABŞ-dən müsbət addımlar gözləyirik”.
Moderator.az “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə F-16-ların tədarükü və modernizasiyası ilə bağlı nəticələrin olacağına inanır:
“NATO müttəfiqlərinin bir-birinə məhdudiyyətlər tətbiq etməsi doğru deyil. Bu, qəbuledilməzdir. Bu, NATO daxilindəki vəziyyətə də mənfi təsir edir”.