“Facebook” bəzi tətbiqlərinin nasazlıqlarının səbəbini açıqladı

“Facebook” işçiləri hesab edirlər ki, sosial şəbəkənin və digər tətbiqlərin işindəki nöqsanların səbəbi proqram nasazlıqları idi, hal-hazırda proqramın tam bərpası üçün iş gedir.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, şirkət 28 noyabr açıqlamasında bildirib: “Bu gün, mərkəzi proqram sistemlərimizdən birində yaranan problem səbəbindən bir çox insan Facebook tətbiqetmələrinə daxil olmaqda çətinlik çəkib. Dərhal analiz apardıq, girişi təmin etməyə başladıq, indi tam bərpa üzrə işləyirik. Narahatçılığa görə üzr istəyirik”.

Problemlər Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrdəki istifadəçilər tərəfindən yaşanıb.

Share: